"Rabitəbank"da yerləşdirilən depozitlərin həcmi azalıb

  • 22 İyul, 2019 09:29

"Rabitəbank" ASC 30 iyun 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, bankın cari ilin birinci yarısı üzrə cəmi aktivləri 611 mln. 404 min manat olub. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 14,2% azdır.

"Rabitəbank"ın kredit portfeli 1 il ərzində 31,6% və ya 83 mln. manat artaraq 346 mln. 502 min manat təşkil edib.

DEPOZİT PORTFELİ AZALIB.

Sözügedən dövrə "Rabitəbank"ın depozit portfelinin həcmi 186 mln. 431 min manat təşkil edib. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 15,2% azdır.

Bankın cəmi öhdəlikləri isə 1 il ərzində 17,4% azalaraq 516 mln. 877 min manata çatıb.

KAPİTALI ARTIB.

2018-ci ilin eyni dövrü ilə müqayisədə "Rabitəbank"ın cəmi kapitalında artım müşahidə olunub. Belə ki, səhmdar kapitalı 101 mln. 300 min manat, yığılmış zərəri 18 mln. 173 min manat olan bankın cəmi kapitalı 8,9% artaraq 94 mln. 527 min manata qalxıb.

MƏNFFƏTDƏDİR.

2019-cu ilin yanvar-iyun aylarında bankın xalis faiz gəlirləri 13 mln. 53 min manat, xalis qeyri-faiz gəlirləri isə 1 mln. 185 min manat olub. Cəmi xalis gəlirləri 14 mln. 238 min manat olan "Rabitəbank" inzibati xərclərini 27% artıraraq 9 mln. 309 min manata çatdırıb, ehtiyatlara isə 94 min manat ayırıb. Nəticədə, bank 2019-cu ilin ilk yarısını 4 mln. 835 min manat mənfəətlə başa vurub.