“Rabitəbank”da yeni təyinat olub - EKSKLÜZİV

  • 8 Aprel, 2021 11:46
“Rabitəbank”da yeni təyinat olub - EKSKLÜZİV

“Rabitəbank” ASC-nin Maliyyə Menecmenti Departamentinin müdiri dəyişib.

“Finans.az”ın bankdan əldə etdiyi məlumata əsasən, bu vəzifəyə Anar Tağıyev təyin edilib. O, Nicat Abasovu əvəzləyib.

Qeyd edək ki, Anar Tağıyev bank sahəsində əmək fəaliyyətinə 2010-cu ildən başlamış və 2011-ci ilədək “Xalq Bank” ASC-nin “Mingəçevir” filialının Müştəri xidməti şöbəsinin mütəxəssis və baş mütəxəssisi vəzifələrində çalışıb.

2011-2013-cü illərdə “Dəmirbank” ASC-nin “Yevlax” filialında mühasib, sonradan isə Maliyyə Nəzarəti Departamentinin Uçot şöbəsinin müdiri olaraq fəaliyyət göstərib.

2016-cı ildə “Ziraat Bank” ASC-də Büdcə Nəzarət və Mühasibatlıq departamentinin Menecer müavini, sonradan isə Menecer kimi çalışıb.

2019-cu ildən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Layihələrin idarə olunması şöbəsinin müdiri və “Azərpoçt” MMC-nin Baş direktorunun məsləhətçisi vəzifəsində işləyib.