Yerli quşçuluq şirkəti səhmlərini satışa çıxarır

  • 16 Oktyabr, 2019 09:01
Yerli quşçuluq şirkəti səhmlərini satışa çıxarır

“İsmayıllı Quşçuluq” ASC-nin 175 509 ədəd adi, sənədsiz, adlı səhmi satışa çıxarılır.

"Finans.az" xəbər verir ki, səhmlər 2019-cu il noyabrın 5-də Bakı Fond Birjası QSC-də satılacacaq.

Bakı Fond Birjası QSC-də keçiriləcək açıq hərracda iştirak etmək istəyənlər hərracın keçirilmə tarixinə 3 iş günü qalmışa qədər hərracın təşkilatçısı “İnvestAZ” QSC İnvestisiya Şirkətinə (ünvanBakı şəhəri, Babək prospekti, Ə.Quliyev küçəsi 11/31, Babək Plaza, 7-ci mərtəbə, əlaqə telefonu+994(12) 488-05-88) və ya Bakı Fond Birjası QSC-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.