Qubanın mərkəzində və bir neçə kəndində qaz olmayacaq

  • 30 Sentyabr, 2019 11:20
Qubanın mərkəzində və bir neçə kəndində qaz olmayacaq

Sentyabrın 30-da səhər saat 09:30-dan Quba şəhəri, M.Əcəmi küçəsində yeni çəkilmiş qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.

"Azəriqaz" İstehsalat Birliyindən "Finans.az"a verilən xəbərə görə, Alekseyevka kəndində isə qaz xətlərində aşkar olunmuş qaz sızmaları ləğv olunacaq. Bundan başqa Quba şəhəri, H.Əliyev prospekti ünvanında və rayonun 2-ci Nügədi kəndində abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yeri dəyişdiriləcək. Ona görə də rayonun mərkəzi və bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilələr olacaq.