Qubada avtomobil yolunun tikintisinə 13,4 milyon manat ayrıldı - SƏRƏNCAM

  • 23 Sentyabr, 2019 16:47
Qubada avtomobil yolunun tikintisinə 13,4 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev sentyabrın 23-də “Quba rayonunun QubaQusar (9 km)AlpayKürkünSusay avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Finans.az" xəbər verir ki, beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.