"Qualcomm" süni intelektə investisiyalar üçün 100 milyon dollarlıq fond yaradıb

  • 29 Noyabr, 2018 13:30

Amerikanın çip istehsalçısı olan “Qualcomm İnc” şirkəti süni intelekt texnologiyaları üzərində çalışan startaplara investisiya üçün 100 milyon dollarlıq fond yaradıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, yeni fond işini pilotsuz avtomobillərdə, robot texnikası və maşın öyrədici platformalarda istifadə olunacaq süni intelekt texnologiyalarında cəmləyəcək.

“Qualcomm Ventures Al Fund” artıq simaların və obyektlərin təsbit olunması texnologiyaları sahəsində ixtisaslaşan “AnyVision” startapına investisiya edib.

Qeyd edək ki, oktyabrda çip istehsalçısı “Micron Technology Inc” süni intelekt sahəsindəki startaplara 100 milyon dollara kimi investisiya edəcəyini bəyan edib. Digər istehsalçı “İntel”in vençur kapitalı bölməsi son illərdə bu texnologiyanın işlənilməsinə 1 milyard dollardan artıq vəsait yönəldib.