“Qualcomm” şirkəti “Apple”ı nədə ittiham edir?

  • 26 Sentyabr, 2018 10:15
“Qualcomm” şirkəti “Apple”ı nədə ittiham edir?

“Qualcomm” prossesor istehsalçısı İT nəhəng “İntel”ə yardım məqsədi ilə “Apple” korporasiyasının onun kommersiya sirri təşkil edən məlumatlarını oğurlamağda ittiham edib.

"Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, “Qualcomm” “Apple”ı böyük sayda məxvi kommersiya məlumatını onun rəqibi olan “İntel” şirkətinin çiplərinin göstəricilərini yaxşılaşdlırmaq məqsədi ilə oğurlamağda ittiham edir.

Qeyd edək ki, “Qualcomm” mobil cihazlar üçün “Snapdragon” prossesorları istehsal edir. 2016-cı ildə şirkətin dövriyyəsi 23,55 milyard ABŞ dolları, xalis mənfəəti 5,7 milyard dollar təkil edib.