Qlobal neft tələbi günlük 7,1 milyon barel artacaq - PROQNOZ

  • 11 Mart, 2019 15:33
Qlobal neft tələbi günlük 7,1 milyon barel artacaq - PROQNOZ

Beynəlxalq Enerji Agentliyi (International Energy Agency - IEA) qlobal neft bazarı ilə bağlı "2019 Neft Hesabatı"nı açıqlayıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, hesabata əsasən, 2019-2024-cü illərdə ABŞ, Braziliya, Kanada və Norveçdə neft hasilatı artacaq. Bu dövrdə qlobal neft tədarükündəki böyümənin 70%-i ABŞ-ın payına düşəcək.

Sözügedən dövrdə qlobal neft təklifinin ən çox artdığı ölkələrə ABŞ, Braziliya, İraq, Norveç və Birləşmiş Ərəb Əmirlikləri daxil olacaq.

Hesabata əsasən, qlobal neft tələbi 2019-2024-cü illərdə gündəlik olaraq 7,1 milyon barel artaraq 106,4 milyon barelə yüksələcək. Qlobal ölçüdə neft tələbinin artmasının əsas səbəbi isə Asiyadakı iqtisadi böyümə və ABŞ-ın neft-kimya sənayesinin inkişafı olacaq.