Qızılın qiyməti doqquzaylıq minimuma enib - Azərbaycanda

  • 2 Mart, 2021 11:48
Qızılın qiyməti doqquzaylıq minimuma enib - Azərbaycanda

Bu gün Azərbaycanda qızılın qiyməti 1,9% azalaraq bir unsiyaya görə 2 915,6615 manat təşkil edib ki, bu da son doqquz ayda qeydə alınmış ən aşağı göstəricidir.

“Finans.az”ın Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, sonuncu dəfə qızılın bundan aşağı dəyəri 2020-ci ilin 9 iyun tarixində qeydə alınıb (2 885,886 manat). Sözügedən qiymətli metalın dəyəri 23 fevral tarixindən bəri artıq ardıcıl beş iş günü enir və həmin tarixdən etibarən 5,4% azalıb.

Qeyd edək ki, hazırda "Comex"də (Nyu-York əmtəə birjasının bölməsi) qızılın bir unsiyası 1 719,10 ABŞ dollarına (2 922,17 manat) ticarət olunur.


Mənbə: apa.az