Qızılın qiyməti 9 dollara yaxın artıb

  • 3 Dekabr, 2020 09:10
Qızılın qiyməti 9 dollara yaxın artıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,20% - 29 883,79 bəndədək, "S&P 500" indeksi 0,18% - 3 669,01 bəndədək artıb, NASDAQ isə - 0,05% - 12 349,37 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,23% - 6 463,39 bəndədək artıb, Almaniya DAX-ı 0,52% - 13 313,24 bəndədək azalıb, Fransa CAC-40-ı isə 0,02% - 5 583,01 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,30 ABŞ dolları bahalaşaraq 1 838,50 dollara, gümüşün unsiyasının qiyməti isə 0,08 dollar artaraq 24,16 dollara satılıb.