Qızılın qiyməti 5 dollar artıb

  • 4 Dekabr, 2020 09:10
Qızılın qiyməti 5 dollar artıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,29% - 29 969,52 bəndədək artıb, "S&P 500" indeksi 0,06% - 3 666,72 bəndədək azalıb, NASDAQ isə - 0,23% - 12 377,19 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,42% - 6 490,27 bəndədək artıb, Almaniya DAX-ı 0,45% - 13 252,86 bəndədək, Fransa CAC-40-ı isə 0,15% - 5 574,36 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,00 ABŞ dolları bahalaşaraq 1 846,10 dollara, gümüşün unsiyasının qiyməti isə 0,10 dollar artaraq 24,24 dollara satılıb.