Qızılın qiyməti 24 dollara yaxın azalıb

  • 17 Sentyabr, 2020 09:10
Qızılın qiyməti 24 dollara yaxın azalıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,13% - 28 032,38 bəndədək artıb, "S&P 500" indeksi 0,46% - 3 385,469 bəndədək, NASDAQ isə - 1,25% - 11 050,47 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,44% - 6 078,48 bəndədək azalıb, Almaniya DAX-ı 0,29% - 13 255,37 bəndədək, Fransa CAC-40-ı isə 0,13% - 5 074,42 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 23,90 ABŞ dolları ucuzlaşaraq 1 946,60 dollara, gümüşün unsiyasının qiyməti isə 0,48 dollar azalaraq 27,00 dollara satılıb.