Qızıl 11 dollar ucuzlaşıb

  • 14 Yanvar, 2020 09:28
Qızıl 11 dollar ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,29% - 28 907,05 bəndədək, "S&P 500" indeksi 0,70% - 3 288,13 bəndədək, NASDAQ isə 1,04% - 9 273,93 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,39% - 7 617,60 bəndədək artıb, Almaniya DAX-ı 0,24% - 13 451,52 bəndədək, Fransa CAC-40-ı isə 0,02% - 6 036,14 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 11,30 dollar ucuzlaşaraq 1 539,30 dollara, gümüşün unsiyasının qiyməti isə 0,19 dollar azalaraq 17,81 dollara satılıb.