Qızıl 8 dollara yaxın bahalaşıb

  • 16 Mart, 2019 10:01
Qızıl 8 dollara yaxın bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,54% - 25 848,47 bəndədək, "S&P 500" 0,50% - 2 822,48 bəndədək, NASDAQ isə 0,76% - 7 688,53 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,60% - 7 228,28 bəndədək, Almaniya DAX-ı 0,85% - 11 685,69 bəndədək, Fransa CAC-40-ı isə 1,04% - 5 405,32 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 7,80 dollar bahalaşaraq 1 302,90 dollara, gümüşün unsiyasının qiyməti isə 0,15 dollar artaraq 15,32 dollara satılıb.