Qızıl 8 dollar bahalaşıb

  • 15 Yanvar, 2020 09:22
Qızıl 8 dollar bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,11% - 28 939,67 bəndədək artıb, "S&P 500" indeksi 0,15% - 3 283,15 bəndədək, NASDAQ isə 0,24% - 9 251,33 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,06% - 7 622,35 bəndədək, Almaniya DAX-ı 0,04% - 13 456,49 bəndədək, Fransa CAC-40-ı isə 0,08% - 6 040,89 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,10 dollar bahalaşaraq 1 552,70 dollara, gümüşün unsiyasının qiyməti isə 0,15 dollar artaraq 17,89 dollara satılıb.