Qızıl 7 dollara yaxın ucuzlaşıb

  • 17 Sentyabr, 2019 09:09
Qızıl 7 dollara yaxın ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,52% - 27 076,82 bəndədək, "S&P 500" 0,31% - 2 997,96 bəndədək, NASDAQ isə 0,28% - 8 153,54 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,62% - 7 321,41 bəndədək, Almaniya DAX-ı 0,71% - 12 380,31 bəndədək, Fransa CAC-40-ı isə 0,94% - 5 602,23 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,60 dollar ucuzlaşaraq 1 504,90 dollara, gümüşün unsiyasının qiyməti isə 0,13 dollar azalaraq 17,90 dollara satılıb.q