Qızıl 6 dollar ucuzlaşıb

  • 10 İyul, 2019 08:55
Qızıl 6 dollar ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,08% - 26 783,49 bəndədək azalıb, "S&P 500" 0,12% - 2 979,63 bəndədək, NASDAQ isə 0,54% - 8 141,73bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,17% - 7 536,47 bəndədək, Almaniya DAX-ı 0,85% - 12 436,55 bəndədək, Fransa CAC-40-ı isə 0,31% - 5 572,10 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,90 dollar ucuzlaşaraq 1 394,60 dollara, gümüşün unsiyasının qiyməti isə 0,05 dollar azalaraq 15,10 dollara satılıb.