Qızıl 6 dollar bahalaşıb

  • 17 Yanvar, 2020 09:33
Qızıl 6 dollar bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,92% - 29 297,64 bəndədək, "S&P 500" indeksi 0,84% - 3 216,81 bəndədək, NASDAQ isə 1,06% - 9 357,13 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,43% - 7 609,81 bəndədək, Almaniya DAX-ı 0,02% - 13 429,43 bəndədək azalıb, Fransa CAC-40-ı isə 0,11% - 6 039,03 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,50 dollar bahalaşaraq 1 556,00 dollara, gümüşün unsiyasının qiyməti isə 0,09 dollar artaraq 18,03 dollara satılıb.