Qızıl 4 dollar ucuzlaşıb

  • 23 Avqust, 2019 09:10
Qızıl 4 dollar ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,19% - 26 252,24 bəndədək artıb, "S&P 500" 0,05% - 2 922,95 bəndədək, NASDAQ isə 0,36% - 7 991,39 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,05% - 7 128,18 bəndədək, Almaniya DAX-ı 0,47% - 11 747,04 bəndədək, Fransa CAC-40-ı isə 0,87% - 5 388,25 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,90 dollar ucuzlaşaraq 1 504,60 dollara, gümüşün unsiyasının qiyməti isə 0,06 dollar azalaraq 17,11 dollara satılıb.