Qızıl 3 dollaradək bahalaşıb

  • 7 Sentyabr, 2018 09:11
Qızıl 3 dollaradək bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,08% - 25 995,87 bəndədək bahalaşıb, "S&P 500" 0,37% - 2 878,05 bəndədək, NASDAQ isə 0,91% - 7 922,73 bəndədək ucuzlaşıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,87% - 7 318,86 bəndədək, Almaniya DAX-ı 0,71% - 11 955,25 bəndədək, Fransa CAC-40-ı isə 0,31% - 5 243,84 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,50 dollar artaraq 1 206,80 dollara, gümüşün unsiyasının qiyməti 0,02 dollar azalaraq 14,17 dollara satılıb.