Qızıl 16 dollara yaxın ucuzlaşıb

  • 14 Yanvar, 2021 09:10
Qızıl 16 dollara yaxın ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,30% - 31 060,47 bəndədək azalıb, "S&P 500" indeksi 0,23% - 3 809,84 bəndədək, NASDAQ isə - 0,43% - 13 128,95 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,13% - 6 745,52 bəndədək azalıb, Almaniya DAX-ı 0,11% - 13 939,71 bəndədək, Fransa CAC-40-ı isə 0,21% - 5 662,67 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 15,70 ABŞ dolları ucuzlaşaraq 1 839,20 dollara, gümüşün unsiyasının qiyməti isə 0,30 dollar azalaraq 25,27 dollara satılıb.