Qiymətli kağızlar bazarı cüzi böyüdü

  • 7 Fevral, 2020 14:59
Qiymətli kağızlar bazarı cüzi böyüdü

2019-cu ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16,382 milyard manatlıq əməliyyat aparılıb.

“Finans.az” xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 1,45% çoxdur.

Ümumi illik göstəricinin 13,182 milyard manatlıq hissəsi ilkin bazarda (8,5% az), 3,2 milyard manatlıq hissəsi isə təkrar bazarda (83,9% çox) formalaşıb.

Ötən il qiymətli kağızlar bazarında 6 072 əqd bağlanılıb. Bu, əvvəlki ilə nisbətən 6,9% çoxdur. Əqdlərin 1 880-ı ilkin bazarın (14,9% çox), 4 192-si isə təkrar bazarın (3,7% çox) payına düşüb.

2019-cu ildə Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 3,477 milyard manatlıq hissəsi və yaxud 21,2%-i dövlət qiymətli kağızlarının, 11,782 milyard manatlıq hissəsi və yaxud 71,9%-i korporativ qiymətli kağızların, 1 123 milyard manatlıq hissəsi və yaxud 6,9%-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 2018-ci illə müqayisədə müvafiq olaraq 58,3% çox, 11,7% az və 83,5% çoxdur.

Ötən il bu bazarda bağlanmış əqdlərin isə 3 277-si və yaxud 53,95%-i dövlət qiymətli kağızlarının, 2 177-si və yaxud 35,85%-i korporativ qiymətli kağızların, 618-i və yaxud 10,2%-i isə repo əməliyyatlarının payına düşüb.


Mənbə: report.az