Palata: Qiymətli kağızlar bazarı böyüyüb

  • 27 May, 2019 11:26
Palata: Qiymətli kağızlar bazarı böyüyüb

"2018-ci ili qiymətli kağızlar bazarında müsbət inkişaf ili kimi qiymətləndiririk".

"Finans.az" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib. Onun sözlərinə görə, report əməliyyatlar bazarı keçən il 12 dəfə artib. "Kapital bazarın ümumi həcmi isə 24,6 milyon manat həcmində olub. Dövlətə məxsus kapital bazarı isə 2017-ci il ilə müqayisədə 2,2 dəfə artıb".

İ. Alisovun sözlərinə görə, beynəlxalq maliyyə təşkilatlarının Azərbaycan manatına buraxdığı qiymətli kağızlar aşağı faizli maliyyə mənbəyinin yaranmasına səbəb olacaq.