"Forma 4" elektron veriləcək - Vətəndaş-məmur ünsiyyəti aradan qalxır

  • 28 İyun, 2019 10:34

“Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası Azərbaycanın sığorta bazarında satılan əsas məhsullardan biridir”.

"Finans.az" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilən "Azərbaycanda Sığorta Bazarı: trendlər və imkanlar" adlı IX Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2019) bildirib.

Onun sözlərinə görə, son 1 ildə bu sığorta növü isə yığımlar 50%-dən çox artıb.

“2018-ci ilin aprel ayından İcbari Sığorta Bürosunun işi tam avtomatlaşdırılıb. Bu gün Büro sığorta hadisələrinin idarə edilməsi sisteminin (HİS) təqdimatını keçirəcək. Düşünürük ki, yeni sistemin tətbiqindən sonra icbari avtosığorta sahəsində mənfi hallar aradan qalxacaq, bu sahədə kifayət qədər dəyişiklik olacaq. Bizi narahat edən məsələ sığorta hadisəsinin qeydə alınması ilə bağlı Dövlət Yol Polisinin "Forma 4" adlı arayışının vaxtında verilməməsi idi. HİS sayəsində bu arayış elektron qaydada təqdim ediləcək. Son nəticədə şəffaflıq təmin olunacaq, vətəndaş-məmur ünsiyyəti aradan qalxacaq, sığorta ödənişləri operativ həyata keçiriləcək”, - o qeyd edib.


Mənbə: report.az