Qeyri-OPEC ölkələri öhdəliyini 99% yerinə yetirib

  • 10 İyul, 2020 12:55
Qeyri-OPEC ölkələri öhdəliyini 99% yerinə yetirib

İyun ayında OPEC ölkələri hasilatın azaldılması üzrə öhdəliyinə 112% əməl edib.

“Finans.az” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında qeyd edilib.

Bildirilib ki, qeyri-OPEC ölkələri üzrə bu göstərici 99%-dir.

Hasilatın azaldılması üzrə sazişi bütövlükdə OPEC+ ölkələri isə 108% yerinə yetirib.


Mənbə: report.az