Qərargah: Gündəlik 500 min tibbi maska istehsal edilir, yerli tələbat tam təmin edilir

  • 15 May, 2020 17:10
Qərargah: Gündəlik 500 min tibbi maska istehsal edilir, yerli tələbat tam təmin edilir

"Gündəlik 500 min tibbi maska istehsal edilir”.

"Finans.az"ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, bu, yerli tələbatı tam təmin etməyə imkan verir: “Ölkədə gündəlik 6 min kombinezon istehsal edilir. Modul tipli xəstəxanaların yaradılması və “Yeni klinika”nın koronavirusla mübarizəyə uyğunlaşdırılıb. Bu problemin öhdəsindən gəlmək üçün tibbi personalımızın maddi-texniki imkanı var.


Mənbə: apa.az