Qatarla toqquşan marşrut xəttinin daşıyıcısı və avtobusları yeniləndi

  • 8 Noyabr, 2018 10:40
Qatarla toqquşan marşrut xəttinin daşıyıcısı və avtobusları yeniləndi

160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) “Finans.az”a verilənj məlumata görə, BNA İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

Noyabrın 10-dan nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “Çinar-Trans” MMC tərəfindən yeni avtobuslarla xidmət göstəriləcək.

Qeyd edək ki, oktyabrın 1-də 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşmuş, nəticədə 1 məktəbli dünyasını dəyişmiş, 34 nəfər isə yaralanmışdı.