Qara Qarayev prospektində sıxlıq yaranıb - SƏBƏB

  • 8 İyul, 2019 09:05
Qara Qarayev prospektində sıxlıq yaranıb - SƏBƏB

Qara Qarayev prospekti “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı gül dükanında yanğın baş verib.

"Fİnans.az" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar əraziyə yanğın söndürmə və digər operativ nəqliyyat vasitələri cəlb edilib. Bu səbəbdən də Qara Qarayev prospektinin həmin hissəsində sıxlıq yaranıb.

Məlumata əsasən, ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ərazidə müvafiq tədbirlər görür.