“Qala Sığorta”nın səhmdarları toplanacaq - GÜNDƏLİK

  • 5 may, 2021 08:49
“Qala Sığorta”nın səhmdarları toplanacaq - GÜNDƏLİK

İyunun 25-də, saat 16:00-da “Qala Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Finans.az” xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 221-ci məhəllə ünvanında keçiriləcək.

Yığıncağın gündəliyinə Cəmiyyətin 2020-ci il üzrə illik ümumi hesabatlarının təsdiqi, iclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə sair məsələlər daxildir.

Xatırladaq ki, "Qala Sığorta"nın səhmləri 100% "AzReTəkrarsığorta" ASC-yə məxsusdur.