“Qafqaz Lizinq” səhmlərini ləğv edib

  • 6 Sentyabr, 2019 16:22
“Qafqaz Lizinq” səhmlərini ləğv edib

“Qafqaz Lizinq” ASC qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumat yayıb.

"Finans.az" xəbər verir ki, qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi açıq səhmdar cəmiyyətinin çevrilərək məhdud məsuliyyətli cəmiyyət olmasıdır.

Belə ki, “Qafqaz Lizinq” nominal dəyəri 1000 (bir min) manat olan 660 (altı yüz altmış) ədəd sənədsiz adi adlı səhmlərini dövriyyədən çıxararaq ləğv edib və səhmlər müvafiq olaraq paylara çevrilib.