PwC: 2019-cu ildə dünya iqtisadiyyatının artım tempi zəifləyəcək

  • 10 Yanvar, 2019 17:25
PwC: 2019-cu ildə dünya iqtisadiyyatının artım tempi zəifləyəcək

2019-cu ildə dünya iqtisadiyyatının artım tempi zəifləyəcək.

“Finans.az” bu barədə "PricewaterhouseCoopers" (PwC) ekspertləri tərəfindən hazırlanan “Global Economy Watch” (GEW) icmalına istinadən xəbər verir.

Proznoza əsasən, 2019-cu ildə qlobal ÜDM-in artımı 3,6%, 2020-ci ildə 3,5%, 2021-ci ildə 3,4% təşkil edəcək. “Böyük yeddilik” (G7) ölkələrində artım 2019-cui ildə 1,9%, 2020 və 2021-ci illərdə isə 1,5% olacaq. Avrozona iqtisadiyyatının 2019-cu ildə 1,8%, 2020-ci ildə 1,6% artacağı proqnozlaşdırılır. Müvafiq olaraq Almaniya iqtisadiyyatı 2019-cu ildə 1,7% və 2020-ci ildə 1,6%, Fransa iqtisadiyytaı 1,7% və 1,6%, İspaniya iqtisadiyyatı 2,4% və 1,8%, İtaliya iqtisadiyyatı hər iki ildə 0,9% artacaq.

Həmçinin PwC ekspertləri Federal Ehtiyatlar Sisteminin(FED) 2019-cu ildə minimum 2 mərhələdə artıma gedəcəyini proqnozlaşdırır.


Mənbə: report.az