"PSG Kapital İnvestisiya Şirkəti" nizamnamə kapitalını kəskin artırıb

  • 1 May, 2020 10:59

"PSG Kapital İnvestisiya Şirkəti" QSC nizamnamə kapitalı 4,25 milyon manat və yaxud 3,1 dəfə artırıb.

"Finans.az" xəbər verir ki, maliyyə qurumunun kapitalı 2 milyon manatdan 6,25 milyon manata çatıb.

Kapital artımı investisiya şirkətinin yeganə səhmdarı - fiziki şəxsin iştirakı ilə baş tutub.

Xatırladaq ki, “PSG Kapital” 2012-ci ildə yaradılıb. İnvestisiya şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının market-meykeridir.


Mənbə: report.az