Problemli kreditlərə güzəşt üçün müraciət qəbulunun son günü - AÇIQLANDI

  • 7 Oktyabr, 2019 12:53
Problemli kreditlərə güzəşt üçün müraciət qəbulunun son günü - AÇIQLANDI

"31 dekabr 2019-cu il vətəndaşların müraciətlərinin qəbulunun son günüdür. Biz çalışırıq ki bütün vasitələrlə müştəriləri məlumatlandıraq".

"Finans.az" xəbər verir ki, bunu “Unibank” KB-nın Satış və xidmətə dəstək departamentinin müdiri Mikayıl Məmmədov deyib. M. Məmmədov bildirib ki, bu kreditlər 4-5 il əvvəl rəsmiləşdirildiyindən, ötən müddətdə müştərilərdən öz mobil nömrələrini dəyişənlər də var ki, onlarla əlaqə yaratmaq bir qədər çətin olur: "Ona görə SMS, zəng çatmayan Fərmana əsasən restrukturizasiyaya aid olan və borcunu hələdə restrukturizasiya etməyən müştərilərimizdən xahiş edirik ki filiallarımıza müraciət edərək restrukturizasiya müqaviləsini imzalasınlar. Bu həmin müştərilərinin aylıq kredit öhdəliklərinin azalması və tarixçələrinin yenilənməsi üçün çox vacibdir. Hazırda Abşeron ərazisi üzrə Bankın baş idarəsində , “Dərnəgül” və “Sumqayıt” filiallarında, regionlarda isə bütün filiallarımızda restrukturizasiya prosesi həyata keçirilir. Bu proses üçün ayrıca əməkdaşlar ayrılıb. Unibank olaraq prosesin vaxtında və yüksək səviyyədə icrası üçün bütün imkanlardan istifadə edirik".