Problemli kreditlər azaldı - RƏQƏMLƏR

  • 7 İyun, 2019 14:53
Problemli kreditlər azaldı - RƏQƏMLƏR

1 may 2019-cu il tarixinə Azərbaycan banklarında vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 503,8 milyon manat təşkil edib.

"Finans.az" xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 205 mln. manat və ya 12% azdır. Həmçinin 1 aprel göstəriciləri ilə müqayisədə isə vaxtı keçmiş kreditlərin həmində 54,2 mln. manat və ya 3,5% azalma müşahidə olunub.

1 may tarixinə 13 mlrd. 11,4 mln. manat təşkil edən kredit portfelinin tərkibində vaxtı keçmiş kreditlərin payı 11,6% təşkil edib.