Prezident Tovuzda yol tikintisinə 4 milyon manat ayırdı

  • 5 Mart, 2020 17:16
Prezident Tovuzda yol tikintisinə 4 milyon manat ayırdı

Prezident İlham Əliyev "Tovuz rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

"Finans.az" xəbər verir ki, sərəncamla Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4 milyon manat ayrılıb.