Prezident Goranboyda yol tikintisinə 5 milyon manat ayırdı

  • 5 Mart, 2020 17:37
Prezident Goranboyda yol tikintisinə 5 milyon manat ayırdı

Prezident İlham Əliyev Goranboy rayonunun ƏlirzalıXan QərvəndSəfikürdTap Qaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Finans.az" xəbər verir ki, sərəncamla otuz bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.