"Porsche" bu avtomobillərini geri çağırır

  • 5 Avqust, 2020 17:21

Almaniyanın lüks avtomobil istehsalçısı - "Porsche" şirkəti Rusiya bazarından 445 avtomobilini geri çağırmağa qərar verib.

"Finans.az" xəbər verir ki, söhbət "Cayenne Turbo" və "Cayenne Turbo S E-Hybrid" modellərindən gedir.

Nəqliyyat vasitələrinin geri çağırılmasına səbəb onların yanacaq təchizatı xətlərindəki nöqsanlardır. İndiyə qədər bu avtomobilləri almış şəxslərə isə təmir işləri pulsuz yerinə yetiriləcək.


Mənbə: report.az