Poqnozdan əlavə büdcəyə 415 mln. manatdan çox vergi daxil olub

  • 27 Dekabr, 2019 15:24
Poqnozdan əlavə büdcəyə 415 mln. manatdan çox vergi daxil olub

2019-cu ilin 11 ayında proqnozdan əlavə büdcəyə vergi xətti ilə 415 mln. manatdan çox vəsait daxil olub.

"Finans.az" xəbər verir ki, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. O bildirib ki, regionlardan isə büdcəyə proqnozdan əlavə vergi daxilolmaları 11 ayda 145,2 mln. manat olub.

"11 ay ərzində 103 minden cox yeni vergi ödəyicisi qeydə alınıb, vergi ödəyivilərinin ümumi sayı isə 1 mln. 55 mini ötüb".