2 ay ərzində 5,5 milyard manatı nələrə xərcləmişik? - SİYAHI

  • 13 Mart, 2019 13:06
2 ay ərzində 5,5 milyard manatı nələrə xərcləmişik? - SİYAHI

2019-cu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6% üstələyərək 5,5 milyard manata bərabər olub.

"Finans.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 2,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2018-ci ilin yanvar-fevral aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,3% və 3,0% artıb.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adlarıSatışdan gəlir, milyon manatla2018-ci ilin yanvar-fevral aylarınanisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi5 515,1102,6
o cümlədən:
ərzaq məhsulları2 466,9102,6
içkilər və tütün məmulatları 314,4100,4
toxuculuq məhsulları, geyim və ayaqqabılar990,3103,1
elektrik malları və mebellər340,3102,5
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları41,1102,8
əczaçılıq və tibbi mallar69,9103,4
avtomobil yanacağı308,7102,0
digər qeyri-ərzaq məhsulları 983,5103,3

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,7%-i ərzaq məhsullarının, 5,7%-i içkilər və tütün məmulatlarının, 18,0%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,3 %-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 19,2%-i ticarət müəssisələri, 49,6%-i fərdi sahibkarlar tərəfindən, 31,2%-i isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 30,1% artıb, fərdi sahibkarlar üzrə 1,4%, bazar və yarmarkalarda 3,6% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 7,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 140,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.