“PepsiCo”ya yeni sədr təyin olundu

  • 11 Yanvar, 2019 11:44
“PepsiCo”ya yeni sədr təyin olundu

“PepsiCo” korporasiyasının direktorlar şurasının yeni sədri şirkətin baş direktoru Ramon Laquarta təyin edilib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, o vəzifəsinin icrasına fevralın 1-dən başlayacaq.

Laquarta 22 ildir ki, “PepsiCo”da işləyir və 2018-ci iln oktyabr ayında onun baş direktoru olub.

“PepsiCo” – dünyanın ən iri içki və qida məhsulları istehsalçılarından biridir. Mənzil gərərgahı Nyu-Yorkda yerləşən bu şirkətə “Pepsi”, “Mirinda”, “Lay’s”, “Cheetos” və s. brendlər məxsusdur.