Pensiyalar niyə ildə bir dəfə indeksləşdirilir? - SƏBƏB

  • 12 İyul, 2019 13:01
Pensiyalar niyə ildə bir dəfə indeksləşdirilir? - SƏBƏB

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spiker Valeh Ələsgərov pensiyaların ildə bir dəfə indeksləşdirilməsinin səbəbini açıqlayıb.

“Finans.az” xəbər verir ki, o deyib ki, istehlak qiymətləri indeksinə uyğun olaraq əmək pensiyalarının ayda bir dəfə indeksləşdirilməsi olarsa, rəqəm bir ay yüksələcək, bir ay enəcək.

"Birillik ona görə seçilib ki, orta dəyəri qiymətləndirib, ona uyğun indeksləşdirilmə həyata keçirilir", - V.Ələsgərov əlavə edib.


Mənbə: report.az