Minimum pensiya məbləği artırılır - BU TARİXDƏN

  • 19 İyun, 2019 10:17
Minimum pensiya məbləği artırılır - BU TARİXDƏN

Ölkə başçısı bu gün Milli Məclisə "Əmək pensiyaları haqqında qanun"a dəyişikliklər edilməsi ilə bağlı təşəbbüslə çıxış edib.

"Fianns.az" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu, ölkə başçısının həyata keçirdiyi sosial paketin bir hissəsi kimi ölkə üzrə minimum əmək pensiyalarının məbləğinin 160 manatdan 200 manata çatdıtrılması ilə bağlıdır: "Bu artım 25%-lik artım təşkil edəcək və 700 minə yaxıpn pensiyaçımızın sosial rifahının yaxşılaşdırılmasına dəstək olacaq. Azərbaycanda minimum pensiyanın məbləği bu ilin oktyabrın 1-dən artırılacaq".