Paytaxtda benzin və dizel istehsalı artıb

  • 1 Oktyabr, 2018 11:15
Paytaxtda benzin və dizel istehsalı artıb

Bu ilin yanvar-avqust ayları ərzində Bakı şəhərində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2118,2 mln. manat olmaqla əvvəlki ilin müvafiq dövrüilə müqayisədə sabit qiymətlərlə 7,2% artıb

Bakı şəhər Statistika İdarəsindən “Finans.az”a verilən məlumata görə, bu ilin 8 ayında Bakıda ağ neftin istehsalı 6,5% artaraq 418,0 min ton olub.

Bu müddət ərzində yanacaq mazutunun istehsalı 50,9 min ton, avtomobil benzininin istehsalı 0,3% artaraq 807,0 min ton olub.

Bu ilin yanvar-avqust aylarında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 21,6% artaraq 151,4 min ton, dizel yanacağı istehsalı 12% artaraq 1 361,9 min ton təşkil edib.

Bu ilin 6 ayı ərzində sürtkü yağlarının istehsalı 2,5 dəfə artaraq 58 min ton, neft bitumunun istehsalı 47,2% artaraq 192,5 min ton olub. Neft koksunun istehsalı isə 26,5% artaraq 173,5 min ton təşkil edib.