Paytaxta gələn yolda hərəkət məhdudlaşdırılacaq

  • 28 Fevral, 2019 12:32
Paytaxta gələn yolda hərəkət məhdudlaşdırılacaq

Sabah günorta saatlarında, Bibiheybət məscidindən başlayaraq şəhərə doğru istiqamətdə olan yolda hərəkət qismən məhdudlaşdırılır.

Avtomobil Yolları Dövlət Agentliyindən “Finans.az”a verilən məlumata görə, buna səbəb aparılan təmir-tikinti işləridir.

“Müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik”, - deyə məlumatda bildirilir.