"Paşa Bank" nizamnamə kapitalını artıra bilər

  • 8 Oktyabr, 2019 10:32

Paşa Bank nizamnamə kapitalını artıra bilər.

"Finans.az" xəbər verir ki, bunu bankın İdarə Heyətinim üzvü, Bankın Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev Paşa Bankın "2019-cu il üzrə yarım illik maliyyə göstəriciləri"nə həsr olunmuş mətbuat konfransında deyib. B. Nağıyev bildirib ki, hazırda bankda nizamnamə kapitalının artırılması ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, hazırda Paşa Bankın nizamnamə kapitalı 333 milyon manat təşkil edir.