Bu bank Azərbaycanda ilk dəfə sindikatlaşmış müqaviləyə imza atıb

  • 21 May, 2019 11:15
Bu bank Azərbaycanda ilk dəfə sindikatlaşmış müqaviləyə imza atıb

"2018-ci ildə "Paşa Bank" ASC Azərbaycanda ilk dəfə 13,5 mln dollarlıq sindikatlaşmış müqaviləyə imza atıb".

"Finans.az" xəbər verir ki, bunu "Paşa Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov bankın 2018-ci il üzrə maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

"Sindikat iştirakçıları dünya bankları və sığorta şirkətləri olur. Bu istiqamətdə biz həmin maliyyə indikatoru üzrə bu il daha çox iş görmək niyyətindəyik", - deyə T.Kazımov bildirib.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 mln manatdır. Bankın səhmlərinin 60%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.


Mənbə: report.az