"Paşa Bank" 45 milyon manatdan çox dividend ödəyib - MALİYYƏ DURUMU

  • 16 Oktyabr, 2019 11:01

"Paşa Bank" ASC 30 sentyabr 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, bankın cari ilin üçüncü rübü üzrə cəmi aktivləri 4 mlrd. 383 mln. 325 min manat olub. Bu isə 2018 ilin eyni dövrü ilə müqayisədə 1,2% çoxdur.

"Paşa Bank"ın kredit portfeli 1 il ərzində 47% və ya 377,794 mln. manat artaraq 537 mln. 549 min manat təşkil edib.

DEPOZİT PORTFELİ AZALIB.

"Paşa Bank"ın cəmi öhdəlikləri 1 il ərzində 0,7% azalaraq 30 sentyabr tarixinə 3 mlrd. 914 mln. 216 min manat olub. Bankın depozit portfeli isə 8,6% azalaraq 3 mlrd. 311 mln. 614 min manata düşüb.

KAPİTALI ARTIB.

"Paşa Bank"ın cəmi kapitalı illik müqayisədə 19,8% artaraq 469 mln. 109 min manata çatıb.

BANK 45 MLN. MANATDAN ÇOX DİVİDEND ÖDƏYİB.

2018-ci ilin yanvar-sentyabr aylarında bankın xalis faiz gəlirləri 115 mln. 656 min manat, xalis qeyri-faiz xərcləri isə 26 mln. 840 min manat olub. Əməliyyat gəlirləri 88 mln. 816 min manat olan bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 13 mln. 89 min ayırıb. Mənfəətindən 11 mln. 114 min manat vergi ödəyən bank 2019-cu ili ilk 9 ayını 64 mln. 596 min manat xalis məfəətlə başa vurub.

Bank mənfəətindən 45 mln. 232 min manat dividend ödəyib.