"Paşa Bank" 2018-ci ildə 22 milyon vergi ödədi, 78 milyon mənfəət əldə etdi - HESABAT

  • 17 Yanvar, 2019 17:53

"Paşa Bank" ASC 31 dekabr 2018-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, bankın ötən ilin dördüncü rübü üzrə cəmi aktivləri 4 mlrd. 695 mln. 717 min manat olub. Bu isə 2017 ilin eyni dövrü ilə müqayisədə 32,2% və ya 1 mlrd. 144 mln. manat çoxdur. 2018-ci ilin üçüncü rübündə isə bankın aktivləri 4 mlrd. 332 mln. 10 min manat həcmində idi.

"Paşa Bank"ın kredit portfeli 1 il ərzində 40% və ya 377,794 mln. manat artaraq 1 mlrd. 320 mln. 893 min manat təşkil edib.

ÖHDƏLİKLƏRİ ARTIB.

"Paşa Bank"ın cəmi öhdəlikləri 1 il ərzində 35,8% və ya 1,129 mlrd. manat artaraq ötən ilin 31 dekabr tarixinə 4 mlrd. 277 mln. 570 min manata çatıb.

KAPİTALI ARTIB.

2017-ci ilin 4-cü rübündə 402 mln. 711 min manat olan "Paşa Bank"ın cəmi kapitalı 3,8% artaraq 418 mln. 148 min manata çatıb. Ötən ilin 3-cü rüb göstəriciləri ilə müqayisədə isə bu rəqəm 26,7 mln. manat çoxdur.

2018-ci ilin yanvar-dekaabr aylarında bankın xalis faiz gəlirləri 138 mln. 794 min manat, xalis qeyri-faiz xərcləri isə 46 mln. 174 min manat olub. "Paşa Bank"ın ötən il ərzində işçiləri üçün ayırdığı xərcləri 41 mln. 97 min manat, ümumi və inzibati xərcləri isə 30 mln. 765 min manat təşkil edib. Mənfəətindən 21 mln. 780 min manat vergi ödəyən bank 2018-ci ili ilk 77 mln. 57 min manat xalis məfəətlə başa vurub.