“Para” BOKT-un səhmdarlarının pay bölgüsü dəyişib

  • 5 Sentyabr, 2019 10:21
“Para” BOKT-un səhmdarlarının pay bölgüsü dəyişib

“Para” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının pay bölgüsü dəyişib.

“Finans.az” xəbər verir ki, dəyişiklik ötən il baş verib.

Dəyişikliyə əsasən, Quliyev soyadlı şəxslərin, eləcə də Tamilla Hacıyeva və Rasim Poladovun payı azalıb, əvəzində Səfərov soyadlı şəxslərin və minoritar səhmdarların payı artıb.

Xatırladaq ki, “Para” BOKT 2016-cı ildə, lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 38,887 milyon manatdır.

“Para” BOKT-un səhmdarlarının pay bölgüsü
Səhmdarlar20182017
Eldar Quliyev17,00%18,80%
Alevtina Quliyeva15,48%16,08%
Əşrəf Səfərov10,95%6,43%
Faiq Səfərov10,95%6,43%
Tamilla Hacıyeva9,78%12,58%
Elnur Quliyev9,56%11,39%
Vəli Quliyev9,03%12,10%
Fərman Quliyev6,02%7,71%
İbrahim Səfərov3,43%1,93%
Əvəz Səfərov3,43%1,93%
Rasim Poladov3,01%3,86%
Digər1,35%0,75%
Cəmi100,00%100,00%

Mənbə: report.az