“Para” BOKT-un rəhbərliyində dəyişiklik olacaq

  • 24 Aprel, 2019 15:54
“Para” BOKT-un rəhbərliyində dəyişiklik olacaq

“Para” Bank Olmayan Kredit Təşkilatı ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Finans.az" xəbər verir ki, yığıncaq 2019-cu il iyun ayının 10-da saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun ev 60 ünvanında yerləşən təşkilatın inzibati binasının konfrans zalında baş tutacaq.

Növbəti ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:

1. 2018-ci il üzrə Maliyyə hesabatının təsdiqi;

2. İdarə Heyətinin yeni tərkibinin təsdiqi;

3. Yeni Təşkilatı Strukturun təsdiqi.